Xəzər Xəbər

Ağdaşın Yeniarx kəndində qazlaşma niyə yarımçıq aparılıb? ŞİKAYƏT

Veb TV | 21:50 • 29 Mart 2025
Ağdaşın Yeniarx kəndində qazlaşma niyə yarımçıq aparılıb?

Ağdaş rayonunun Yeniarx kəndinin bir hissəsində qazlaşma aparılmadığı üçün sakinlər çətinlik çəkirlər.

Xezerxeber.az-ın məlumatına görə, sakinlərin bəziləri meyvə ağaclarını, bəziləri təzək, bəziləri isə sexlərdən taxta tullantıları alıb yandıraraq evlərindəki istiliyi təmin edirlər.

Səbəb isə kəndə qaz xətti çəkilən zaman bir məhlənin qazlaşmaması olub. Sakinlər illərdir ki, xüsusilə də qış aylarında daha çox əziyyət çəkirlər.

Kənd sakinlərinin sözlərinə görə, mövcud vəziyyətlə bağlı dəfələrlə yerli və aidiyyəti qurumlara müraciət ediblər, lakin rəsmi olaraq bir cavab ala bilməyiblər.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev “Xəzər Xəbər”ə bildirdi ki, məsələdən xəbərdardırlar. Belə olan halda sakinlər “ASAN xidmət” və “ASAN komunal” mərkəzlərinə müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti