Naftalan sakininə ona aid olmayan avtomobilin cəriməsi gəlir.
"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən Naftalan sakini 75 yaşlı Mobil Babaxanov deyir ki, ona göndərilən cərimə Qəbələ ərazisində qeydə alınıb. Ancaq o, həmin rayonda olmayıb.
Xezerxeber.az-ın məlumatına görə, hazırda “Vaz” markalı minik maşını idarə edən sürücü ona “QAZ 24” markalı avtomobilin cəriməsinin gəldiyini deyir. Halbuki heç vaxt belə bir avtomobili olmayıb.
Naftalan sakini məsələnin araşdırılmasını, ona yazılan cərimənin ləğv edilməsini istəyir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələnin araşdırılması üçün vətəndaş Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir. İdarədə araşdırma aparıldıqdan sonra hüquqi qiymət veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.