Xəzər Xəbər

"35 min manatımı və qızıllarımı oğurlayıb, evimi yandırıblar" VİDEO

Veb TV | 20:52 • 27 Mart 2025
"35 min manatımı və qızıllarımı oğurlayıb, evimi yandırıblar"

Bakıda oğrular evdən 35 min manat pul və 300 qrama yaxın qızıl oğurlayıb, daha sonra mənzili yandırıblar. Zərərçəkmiş belə iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, martın 21-də Bakının Nizami rayonu, Elşən Süleymanov küçəsində 19 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yanğın hadisəsi baş verib. Evi yanan şəxs pulunun və qızıllarının oğurlandığını iddia edir. Ev sahibi Seyfəddin Cumerdov hadisə baş verən gün Şirvan rayonunda olduğunu deyir. Dərhal Bakıya qayıdan zərərəçəkmişin sözlərinə görə, yanğından sonra nə zinət əşyalarını, nə pul, nə də onlara aid iz tapa bilib. 

“Mən oğurluqdan şübhələnirəm. Qızıl və pulun olduğu rəfdəki köynəklər yanmayıb. Əslində onlar külə dönməli idi. Necə ola bilər ki?!" - deyə düşünən ev sahibi şübhəli məqamların olduğunu qeyd edib.

Qeyd edək ki, hadisə yerinə ekspertlər baxış keçirib. Yanğının dəqiq səbəbi ekspertizanın nəticələrindən sonra bəlli olacaq.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən “Xəzər Xəbər”ə bildirilib ki, oğurluq olması ilə bağlı iddialar araşdırma predmetidir. Yanğınla əlaqədar aidiyyəti dövlət qurumu müvafiq araşdırma aparır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti