Şəki şəhərində yeniyetmələr arasında mübahisə onlardan birinin xəsarət alması ilə nəticələnib.
Xezerxeber.az bildirir ki, Şəki şəhərində 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına daxilə nüfuz edən xəsarət yetirib.
Hadisədən sonra zərərçəkmiş yeniyetmə dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasının Şəki Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət edib.
Əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.
Nəticəyə uyğun olaraq hadisəyə hüquqi qiymət veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.