Xəzər Xəbər

Bakıda sakinlər bu binanın sökülməsini istəyirlər VİDEO

Veb TV | 16:16 • 27 Mart 2025
Bakıda sakinlər bu binanın sökülməsini istəyirlər

Bakının Səbail rayonu, Arif İsmayılov küçəsinin sakinləri qorxu içində yaşayırlar. Səbəb onlara yaxın yerləşən qəzalı binanın yaratdığı təhlükə və oranın narkomanların məkanına çevrilməsidir. 

Şikayətçilər “Xəzər Xəbər”ə bildiriblər ki, illər əvvəl yanğın baş vermiş sözügedən üçmərtəbəli qəzalı binanın sakinləri 6 il bundan əvvəl buradan köçürülüb. Bina qəzalı olduğu üçün sakinlərə təhlükə yaradır. Bundan əlavə, ərazi narkomanların və bomjların məkanına çevrilib. Odur ki, sakinlər həmin binanın sökülməsini tələb edirlər. 

Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir. 

Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

Xəbər lenti