Son aylar Xəzər dənizinin Astara rayonu sahillərində geri çəkilməsi daha da aydın görünür.
Xezerxeber.az-ın məlumatına görə, dəniz suyunun çəkilməsi daha çox "Bulvar" kompleksi ərazisində müşahidə olunur.
Ekoloqlar bildirirlər ki, Xəzər dənizində son yüzillikdə ən aşağı səviyyə 29 metr olmaqla 1977-ci ildə müşahidə edilib. Maksimal səviyyə 26 metr olmaqla, 1995-ci ildə müşahidə edilib. 1995-ci ildən bu günə qədər Xəzər dənizinin səviyyəsinin düşməsi davam edir.
Sakinlər isə deyir ki, suyun geri çəkilməsi dənizin 150 metrliyində kiçik adaların yaranmasına səbəb olub, eləcə də dənizdə canlı aləmə də öz təsirini göstərib.
Qeyd edək ki, dəniz suyunun geri çəkilməsi, həyətyanı sahələrdə olan quyulara da öz təsirini göstərir. Quyularda su azalır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.