Bakının Xətai rayonu, Lütfizadə küçəsində yol boyu çəkilən qoşa xətlərin silinməsi sürücülərdə çaşqınlıq yaradır. Bu vəziyyət həmçinin bəzi hallarda sürücülərin cərimələnməsinə də səbəb olur.
Xezerxeber.az-ın məlumatına görə, əraziyə yaxın yaşayanlar bildirirlər ki, bu məsələ uzun müddətdir problem olaraq qalır.
Məsələ ilə bağlı AYNA-dan “Xəzər Xəbər”ə bildirildi ki, silinən nişanlanma xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Sözügedən ərazidə də nişanlanma xətləri yaxın zamanda yenilənəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.