Xəzər Xəbər

Bu təcili yardım avtomobili müzakirələrə səbəb olub VİDEO

Veb TV | 19:34 • 26 Mart 2025
Bu təcili yardım avtomobili müzakirələrə səbəb olub

Nasaz təcili yardım avtomobili ilə xəstə daşınması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, görüntülər paytaxtın Zabrat-Maştağa yolunda çəkilib.

İddia edilir ki, texniki nasaz olmasına baxmayaraq təcili yardım avtomobili ilə xəstə aparırlar. Elə avtomobilin sayrışan işıqlarının yanılı olması da buna sübutdur.

Görüntüləri izləyən avtomobil ustası Sahil Ağabəyli də təsdiq etdi ki, ambulansda ciddi texniki nasazlıq görünür.

Usta hesab edir ki, bu tip operativ nəqliyyat vasitələrinə texniki qulluq vaxtı-vaxtında edilməlidir. Hər an xəstə aparmalı olan avtomobilin yolda qalmaması üçün nasazlıq olmamalıdır.

Həmin görüntülərlə bağlı TƏBİB-ə müraciət etdik. Qurumdan bildirdilər ki, Sabunçu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına aid və xidmətdən kənarda olan sanitar avtomobilin amartizatorunda nasazlıq yarandığı üçün təmir məqsədi ilə qaraja təhvil verilib. Təmirdən sonra isə təcili tibbi yardım avtomobili xəttə buraxılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti