Xəzər Xəbər

Rəqəmlərin eyni, seriyanın isə oxşar olmaması yalnış protokol yazılmasına səbəb oldu VİDEO

Veb TV | 22:00 • 25 Mart 2025
Rəqəmlərin eyni, seriyanın isə oxşar olmaması yalnış protokol yazılmasına səbəb oldu

Avtomobili sürmədiyi halda ona cərimə yazılıb.

Xezerxeber.az xəbər verir ki, hadisə paytaxt sakini Niyaz Həsənovun başına gəlib. O bildirir ki, texniki nasazlıq səbəbindən günlərdir avtomobilini idarə etmir. Ancaq mart ayının 15-də ona Nərimanov rayonu ərazisində protokol tətbiq edilib. Sistemə girib baxdıqda isə cərimə edilən avtomobilin ona məxsus olmadığını görüb

Müsahibimiz deyir ki, artıq ikinci dəfədir belə hal başına gəlir. Rəqəmləri eyni, seriyaları isə fərqli olan başqa nəqliyyat vasitəsi ilə yol verilən xətaya görə, cərimələr ona gəlir.

Məsələ ilə bağlı Bakı şəhər dövlət yol polisi idarəsinə müraciət etdik. İdarədən "Xəzər Xəbər"ə bildirildi ki, protokol yanlışlıqla titbıq edilib.

İdarənin bölmə rəisi Toğrul Nəsirli əlavə etdi ki, məsələ dərhal araşdırılıb və texniki xəta aradan qaldırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti