Xəzər Xəbər

Xaricdə işləmək istəyən Sumqayıt sakinlərini belə aldatdılar VİDEO

Veb TV | 21:55 • 25 Mart 2025
Xaricdə işləmək istəyən Sumqayıt sakinlərini belə aldatdılar

Xaricdə işləmək istəyən vətəndaşlar dələduzluğun qurbanına çevriliblər.

Xezerxeber.az-ın xəbərinə görə, iddia edirlər ki, xarici ölkədə işə düzəlmək adı ilə dələduzluq qurbanı olublar.

Hadisə Sumqayıt şəhər sakinləri Məcid Sadıqov və Anar Şıxbabayevin başına gəlib. Onlar sosial şəbəkədə tapdıqlarına şəxsin vədlərinə inanaraq Slovakiyada işləmək istəyiblər. Bu məqsədlə də sənədlərini və 3050 manat pulu İnara kimi tanıdıqları qadına veriblər.

İşlə bağlı xəbər çıxmadıqda isə həmin qadınla əlaqə saxlayıblar. Həmin vaxt isə əslində onun ad-soyadının Münəvvər Muxtarova olduğunu öyrəniblər. O, vərəndaşlara səfirliyin qarşısına toplaşmaq lazım olduğunu deyib. Onlar da səfirliyə yaxınlaşdıqda aldadıldıqlarını başa düşüblər. Anar Şıxbabayev deyir ki, həmin qadın onlarla bərabər bir çox şəxsi də aldadıb.

Məsələdə adı halanan, özünü İnara kimi təqdim edən Mübəvvər Muxtarovanın da mövqeyini öyrənmək istədik. Lakin onunla əlaqə saxlamaq mümkün olmadı.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşların müraciətləri əsasında müvafiq polis orqanında araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti