İştirak etdikləri imtahanda sadəcə bilik səviyyələri yoxlanılacağı deyilsə də işdən çıxarıldıqlarını iddia edirlər...
Xezerxeber.az xəbər verir ki, söhbət paytaxt ərazisindəki müxtəlif mədəniyyət ocaqlarında dərs deyən musiqi müəllimlərindən gedir. Onlar mart ayında keçirilən imtahandan narazı olduqlarını bildirirlər.
İndi isə müəllimlər ikinci imtahan üçün şans istəyirlər.
Məsələ ilə bağlı Mədəniyyət nazirliyi ilə əlaqə saxladıq. Bildirildi ki, attestasiya prosesi Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən aparılır. Qaydalarda attestasiyadan keçməyənlər üçün təkrar attestasiya nəzərdə tutulmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.