Yevlaxın Ərəş kəndində 11 evdə elektrik enerjisinin verilişi dayanıb.
Xezerxeber.az xəbər verir ki, kənddə yaşayan sakinlər məsələ ilə bağlı "Xəzər Xəbər"in qaynar xəttinə müraciət edərək, bayram günlərini işıqsız keçirdiklərini bildiriblər. Qeyd ediblər ki, kənd ərazisində quraşdırılan transfarmatorun sıradan çıxaması 11 keçmiş məcburi köçkün ailəsini işıqsız qoyub.
Onlar bildiriblər ki, 1 ilə yaxındır həmin transfarmatorda yaranan nasazlıq səbəbindən normal işıq görə bilmirlər. Heç bir avadanlıqlar işləmir, soyuducu və televizorlar sıradan çıxır.
Ərəş kəndində yaranan problemlə bağlı adiyyatı qurumların da münasibətini öyrənməyə çalışdıq. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən "Xəzər Xəbər"-ə bildirlidi ki, çəkilişdən sonra məsələ "Azərişıq" ASC tərəfindən həll edilib. Sıradan çıxan transformator yenisi ilə əvəzlənib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.