Bakıda itkin düşən üç rəfiqədən biri sığınacağa yerləşdirilib. Bildirilir ki, yeniyetmə aqressivdir və boyun hissəsində zədələr var.
"Azərbaycan Uşaqlari" Ictimai Birliyinin Sədri Kəmalə Ağazadə bildirir ki, yeniyetməyə vurulan zərər, fiziki xəsarət təhqiqat tərəfindən araşdırılır.
Birliyin sədri itkin düşən yeniyetmələrdən birinin valideynin daha öncə sığınacağa müraciət etdiyini də bildirdi. Dedi ki, qızlardan biri 2023-cü ildə polis tərəfindən ananın iştirakı ilə sığınacağa gətirilib. Ana deyirdi ki, qız təhsildən yayınır, onu təhsilə cəlb etmək olmur. Uşaq isə sığınacaqda qalmağı qətiyyən qəbul etməyib. Valideyn isə söz verib ki, gətirəcəm, gətirməyib.
Xatırladaq ki, martın 17-də Bakıda üç rəfiqə itkin düşüb. Qızlardan ikisi tapılıb, digərinin axtarışları davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.