Qardaşının qatilini öldürdü...
Xezerxeber.az xəbər verir ki, Şamaxı rayonunda məşqçi güllələnərək öldürülüb. Hadisə ötən gün saat 21 radələrində qeydə alınıb. 27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində 34 yaşlı Orxan Hacıyevə ov tüfəngi ilə xəsarət yetirib. Yaralanan Orxan Hacıyev xəstəxanaya aparılarkən ölüb. Amil Surxayev polis əməkdaşları tərəfindən şübhəli kimi saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb.
Onu da əlavə edək ki, Orxan Hacıyev MMA üzrə məşqçi idi.
“Xəzər Xəbər”in əldə etdiyi məlumata görə öldürülən Orxan bir-neçə il əvvəl idmançı Ruslan Surxayevlə mübahisə edib və həmin vaxt onu qətlə yetiribmiş. Orxanı güllələməkdə şübhəli bilinən isə mərhum idmançının qardaşı Amil Surxayevdir. Məlumata görə, Amil axşam saatlarında qardaşının qatilini izləyib və güllələyib. Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.