Kanalizasiya xətti tutulub, yollara, evlərin həyətlərinə və zirzəmilərə çirkab sular dolub... Ərazidə antisanitar vəziyyət yaranıb...
Xezerxeber.az xəbər verir ki, görüntülər Abşeron rayonun Xırdalan şəhərindəndir.
Sakinlərin sözlərinə görə, kanalizasiya xətti 15 il bundan öncə elə küçə salınanda istifadəyə verilib. Həmin vaxt bu küçədə təqribən 5 ya 6 ev olub. Xətt də məhz həmin evin sayına görə nəzərdə tutulub. Ancaq illər keçdikcə yaşayanların və tikintilərin sayı çoxalıb. Bu gün istifadə edilən kanalizasiya xətti isə yenilənməyib.
Abşeron Su Meliorasiya sistemlərinin istismarı idarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, Xırdalan şəhəri Dilarə Əliyeva küçəsində kanalizasiya xəttinin diametri illər öncə orada yaşayan sakinlərin tələbatına uyğun inşa olunub. Hal- hazırda tikintin sayın çoxalması ,əhalinin sayının artması xəttin normadan artıq yüklənməsinə səbəb olub. Abşeron Su Meliorasiya sistemlərinin istismarı idarəsinin qəza briqadası tərəfindən mütəmadi olaraq həmin xəttə yaranan tıxaclar aradan qaldırılır. Məsələnin həlli üçün isə sözügedən küçədə diametri daha böyük olan kanalizasiya xəttinin işaa olunmasıdır ki, məhz bu istiqamətdə təkliflər hazırlanaraq cari ilin tədbirlər planına salınması nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.