Xəzər Xəbər

Bazarda kiloqramı 6-7 manata kartof təklif edilir - SƏBƏBİ NƏDİR? VİDEO

Veb TV | 21:45 • 24 Mart 2025
Bazarda kiloqramı 6-7 manata kartof təklif edilir -  SƏBƏBİ NƏDİR?

Bazarlarda 1 kiloqramı 6-7 manata kartof satılır.

Xezerxeber.az xəbər verir ki, söhbət bu xırda kartoflardan gedir. Satıcıların sözlərinə görə, məhsul həm yeni, həm də keyfiyyətlidir. Ona görə də, yerli bazarlarda bu qiymətə təklif olunur.

Satıcılar qiymətin bu qədər yüksək olmasını məhsulun həm yeni, həm də xüsusi sort olması ilə əlaqələndirirlər.

Alıcılar da deyir ki, bu xırda kartoflar çox dadlıdır. Lakin qiymətləri xeyli yüksəkdir.

Satıcılar onu da bildirdilər ki, yaxın vaxtlarda bu kartofun qiymətinin enəcəyi gözlənilmir. Lakin məhsul bol olarsa, növbəti aylarda ucuzlaşa bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti