Bayram namazının vaxtı açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev "Xəzər Xəbər"ə bildirib ki, Ramazan bayramının namazı martın 30-da bəzi məscidlərdə saat 8:00-da, əksərlərində isə 9:00-da başlayacaq.
Fuad Nurullayev fitrə zəkatının çıxarılacağı vaxta və onun məbləğinə də toxunub. Bildirib ki, fitrə zəkatı bayramdan bir gün öncə çıxarılmalıdır.
Fuad Nurullayev vurğulayıb ki, səfərdə və ya xidmətdə olan ailə üzvləri üçün fitrə çıxarmaq vacib deyil.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.