Millət vəkili Aqil Abbas sosial şəbəkələrdə kameralara düşən bıçaqlanma hadisələrini şərh edərkən bunları bildirib.
Xezerxeber.az-ın xəbərinə görə, o deyir ki, cəzalar sərtləşdirilməlidir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü bildirir ki, ümuümiyyətlə üzərində tiyəsi 4 sm-dən uzun olan bıçaqlar gəzdirmək qadağan olunmalıdır. Əks halda, cinayət hadisələrinin sayında artım müşahidə oluna bilər.
Hüquqşünaslar isə bildirir ki, ekspertin rəyi əsasında bıçağın soyuq silah olub olmadığına qərar verilir. Bu rəy əsasında bıçaq soyuq silah hesab edilərsə o zaman 320 saatdan 400 saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumcəzası nəzərdə tutulur.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən mövqe bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.