Ev yanıb, bir nəfər yanaraq dünyasını dəyişib.
Xezerxeber.az xəbər verir ki, bədbəxt hadisə Zaqatalada qeydə alınıb.
Kənd sakini, 85 yaşlı Gözəl Ömərovaya məxsus, ümumi sahəsi 150 kv/m olan 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın yerinin kəşfiyatı zamanı ev sahibəsinin qızı, 53 yaşlı Arzu Ömərovanın yanmış meyiti aşkar edilib.
Yanğın nəticəsində evin dam örtüyünün 100 kv/m-lik və bir otağın 50 kv/m-lik sahəsinin yanar konstruksiyaları, əşyalarla birlikdə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.