Xəzər Xəbər

Azərbaycanda ev quşlarının sayında artım olduğu halda niyə bahalaşma var? VİDEO

Veb TV | 21:50 • 23 Mart 2025
Azərbaycanda ev quşlarının sayında artım olduğu halda niyə bahalaşma var?

Son dövrlərdə bütün kateqoriyalar üzrə ev quşlarının - toyuq, qaz, ördək və hind toyuğunun sayında artım müşahidə edilir. Statistik məlumatlara görə, son illərdə ölkədə ev quşlarının sayı 2,1% artıb.

Xezerxeber.az xəbər verir ki, vətəndaşlar bildirirlər ki, ev quşlarının sayında artım olsa da, bu hal qiymətlərə təsir etməyib. Əksinə, xüsusilə də toyuqların qiymətləri yüksəkdir.

Satıcılar da son vaxtlarda toyuq qiymətlərinin artdığını deyirlər.

Bəs maraqlıdır, quşların sayında artım olduğu halda qiymətlər niyə enmir?

İqtisadçı-ekspert Xalid Kərimli onu da bildirdi ki, toyuq ətinin qiyməti həm qlobal, həm də yerli faktorların təsiri ilə müəyyən olunur. Yaxın vaxtlarda da bu qiymət dalğalanmalarının davam edəcəyi gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti