Xəzər Xəbər

İsmyallıda müəllim şagirdin xəsarət almasını niyə gizlədib? VİDEO

Veb TV | 21:30 • 23 Mart 2025
İsmyallıda müəllim şagirdin xəsarət almasını niyə gizlədib?

Daha bir müəllimin səs yazısı yayılıb. Bu dəfə İsmayıllıdan…

Xezerxeber.az-ın xəbərinə görə, belə ki, şagirdlər arasında mübahisədən sonra biri digərini yaralayıb. Şagirdin məktəbdə xeyli qan itirdiyi iddia olunur. Hadisədən  xəbər tutan sinif rəhbəri isə bunu  gizlətməyə  çalışıb.

İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 saylı tam orta məktəbdə 8-ci sinif şagirdləri arasında yaranan insident martın 13-də qeydə alınıb. Bunu gizlətdiyi iddia olunan sinif rəhbəri, eyni zamanda məktəbin ingilis dili müəllimi olan Gülnarə Cəfərovanın səs yazısı yayılıb. Xəsarət alan şagirdə isə bildirib ki, bu barədə kimsə ondan soruşsa, sürüşüb yıxıldığını desin.

Sinif rəhbəri bu barədə nə  şagirdin valideyninə nə də təcili tibbi yardıma məlumat verib.

Hadisədə adı hallan müəllimə  "Xəzər Xəbər"ə danışıb.

Xəbər lenti

Çox oxunanlar