Evlərin həyətlərinə və zirzəmilərə su dolur…Yollar da suya görə keçilməz vəziyyətə düşüb…
Xezerxeber.az xəbər verir ki, görüntülər Abşeron rayonunun Novxanı kəndindəndir.
Ərazidə təqribən 15-dən çox evin zirzəmisinə su dolub. Sakinlər bildirirlər ki, əvvəlki illərdə bu cür problemlə üzləşməyiblər. Mənzillərdən çıxan kanalizasiya suları yaxınlıqda olan gölə axıdılırdı. Ancaq salınan yeni yol onları çətin vəziyyətə salıb. Gölün ətrafı torpaqla doldurulduğundan evlərdən çıxan kanalizasiya suları həyətlərə geri qayıdır.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, şəhid Cəbrayıl Dövlətzadə küçəsinin sakinlərindən quruma hər hansı bir rəsmi müraciət daxil olmayıb. Əgər müraciət olunarsa, məsələ dərhal araşdırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.