Dostunuz, yaxınınız və ya tanışınız hesab etdiyiniz şəxslərin adından dələduzluq edilə bilər.
Xezerxeber.az xəbər verir ki, ki berdələduzlar öz cinayətkar niyyətlərini həyata keçirmək üçün hər ötən gün istifadə etdikləri üsulları yeniləyirlər.
Ssenarilər fərqli olsa da, məqsəd eynidir - insanları aldatmaq, vəsaiti ələ keçirmək...
İnformasiya texnologiyaları üzrə ekspert Əmrah Mövsümzadə bildirir ki, belə dələduzlar əsasən ölkə xaricindən fəaliyyət göstərir. bu kimi hallardan qorunmaq üçün isə bir sıra təhlükəsizlik tədbirlərinin hazırlandığını bildirir
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib. Qeyd edilib ki, belə hallar ilə qarşılaşan şəxslər mütləq məlumatı dəqiqləşdirməlidir.
O da bildirilib ki, vətəndaşlar bu kimi hallar ilə qarşılaşdıqda 102 xidmətinə və yaxud nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.