Gədəbəydə qar uçqununda həlak olmuş əsgər Bərdədə dəfn edilib.
Xezerxeber.az xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular iştirak edib. Vida mərasimindən sonra hərbi qulluqçu Rüstəm Həmidov Bərdə şəhər qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, o, nişanlı olub, hərbi xidmətdən tərxis olunmasına 9 gün qalıbmış. Gədəbəydəki qar uçqununda həlak olan digər hərbi qulluqçu isə Sabirabadda dəfn edilib.
Vida mərasimindən sonra əsgər Əli İmanov rayonun Muğan Gəncəli kəndində torpağa tapşırılıb. Qeyd edək ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər Əli İmanov və əsgər Rüstəm Həmidovun nəşləri aşkar edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.