Xəzər Xəbər

Cəlilabadda ana doğuşdan sonra dünyasını dəyişdi – TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 22:05 • 21 Mart 2025
Cəlilabadda ana doğuşdan sonra dünyasını dəyişdi – TƏFƏRRÜATLAR

Maşında uşaq dünyaya gətirən qadın doğuşdan 12 gün sonra dünyasını dəyişib.

Xezerxeber.az xəbər verir ki, Cəlilabad rayon Soyuqbulaq kənd  sakini  26 yaşlı Nahidə  Abbasova doğuş vaxtı olduğu üçün Rayon  xəstəxanasına  aparılıb. Valideynlərinin  iddiasına görə, həkimlər qadının  doğuş vaxtı olmadığını bildirərək geri qaytarıblar.

Bu hadisə mart ayının 8 də baş verib.  O gündən xəstəxanaya yerləşdirilən Nahidə  Abasova  ötən gün dünyasını dəyişib.

TƏBİB-dən  bildirilib ki,  26 yaşlı qadın evdə doğuş etdikdən sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə yerləşdirilib. Uşaqlıq yolunun müayinəsində 2 ədəd kapsullaşmış kista aşkar edilib. Doğuş yollarında patologiya aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Zelenski Donetskdə olub
19:14 • 22 Mart 2025