Növbəti aydan etibarən ''Sovetski'' adlanan ərazisində söküntünün 4-cü mərhələsinnin başlanacağı ehtimal edilir.
Xezerxeber.az-ın xəbərinə görə, əmlak eksperti Elnur Fərzəliyev bildirir ki, hazırda xüsusilə Bakıda söküntü işləri iki formada aparılır. Bunlardan biri torpaqların dövlət ehtiyacları üçün alınması, digəri isə özəl sektor tərəfindən qəzalı vəziyyətdə olan tikililərin sökülərək yeniləri ilə əvəzlənməsidir.
Qaydalara əsasən, vətəndaşlara evləri sökülən gündən yeni tikilən binada mənzillərlə təmin olunanadək kirayə pulları və köç xərcləri tikinti şirkəti tərəfindən verilir. Ekspertin sözlərinə görə, baş verəcək söküntü işəri bazara təsirsiz ötüşməyəcək.
Qeyd edək ki, söküntü işləri çərçivəsində tarixi-memarlıq abidələrinə toxunulmayacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.