Xəzər Xəbər

Sülh müqaviləsi imzalanmadan Türkiyə-Ermənistan sərhədinin açılmasının məqsədi nədir? VİDEO

Veb TV | 22:00 • 21 Mart 2025
Sülh müqaviləsi imzalanmadan Türkiyə-Ermənistan sərhədinin açılmasının məqsədi nədir?

32 il bəlli səbəblərdən bağlı olan Türkiyə-Ermənistan sərhədinin açılması Azərbaycan xalqını məyus edir.

Bu sözləri "Xəzər Xəbər"ə açıqlamasında politoloq Tural İsmayılov deyib. Onun sözlərinə görə, bu məsələ bağlı qapılar arxasında çoxdan müzakirə olunsa da, Azərbaycana bu haqda heç vaxt məlumat verilməyib.

Politoloq deyir ki, bundan əvvəl  Ərdoğan-Paşinyan görüşünün təşkili, Ərdoğanın kitab hədiyyə etməsi, bu yaxınlarda türkiyəli jurnalistlərin Ermənistana səfəri, Türkiyə-Ermənistan sərhədinə baxış keçirmələri də bu planın tərkib hissələrindən biridir.

O, bildirir ki, bütün bunların kökündə Türkiyədə Ermənistana qucaq açmaq istəyən dairələr, Avropa İttifaqı və erməni lobbisi dayanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Zelenski Donetskdə olub
19:14 • 22 Mart 2025