Bazarlarda durğunluq yaşanır.
Xezerxeber.az-ın xəbərinə görə, satıcılar deyirlər ki, bayram günü olsa da, alver edən yoxdur. Lakin alıcı olmasa da, tərəvəzlərin qiymətlərində enmə müşahidə edilmir.
Bəzi satıcılar isə bildirirlər ki, bayram günləri ilə əlaqədar məhsulu çox gətiriblər. Alıcı olmadığından da indi hamısı piştaxtalarda və anbarda qalıb.
Onu da əlavə etdilər ki, meyvə-tərəvəz əsasən bölgələrdən gətirilir. Hazırda bazarda xarici məhsul çox deyil.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.