Novruz bayramı ilə əlaqədar Bakı-Balakən qatarına olan tələbat artıb.
Xezerxeber.az-ın xəbərinə görə, 21 mart günü Bakıdan Balakənə qatarla getmək istəyən bir nəfər üçün SV, yəni biznes sinif biletin qiyməti 96 manat idi.
"Azərbaycan Dəmir Yolları" QSC-dən bildirildi ki, bir nəfər üçün bir istiqamət, Bakı -Balakən istiqaməti üzrə biletlər standart sinif üzrə 24, standart+ üzrə 36 manatdır.
Qurumdan "Xəzər Xəbər"ə bildirilib ki, biznes sinif biletlərə tələbat kifayət qədərdir. Qiymətlər isə elastik qiymət siyasətinə daxildir. Yəni, tarixə və yerə görə dəyişir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.