Azərbaycan bütün istiqamətlərdə sülh səylərini davam etdirəcək və bu prosesin əleyhinə olan addımların qarşısını qətiyyətlə alacaq.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyalı həmkarı Mauro Vieyra ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi əsassız iddiaları şərh edərkən deyib. "Ararat Mirzoyanın əsassız iddialarını pisləyirik" - deyə Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib.
Ayxan Hacızadə Ermənistanın sülh müqaviləsi ilə bağlı mövqeyinə də diqqət çəkib.
O, vurğulayıb ki, Ermənistan mövcud çətinlikləri aradan qaldırdığı zaman müqavilə imzalanmağa hazır olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.