Evdə günlərdir tək qalan körpə xəstəxanaya yerləşdirilib.
Xezerxeber.az xəbər verir ki, qan donduran hadisə Tovuz rayonunda qeydə alınıb.
Məlumata görə, kirəyişinin körpəsini, ev sahibi qadın aşkarlayıb. Rayon polis şöbəsinin əməkdaşlarına bu barədə məlumat verib.
Xəstəxanaya çatdırılan körpəyə lazımı tibbi yardımlar göstərilib. Hazırda körpənin müayinə və müalicəsi davam etdirilir.
Məlumata görə, körpənin anası 39 yaşlı Aygün Qədimova Göygöl rayonundandır və Tovuz rayonunda çay evlərinin birində işləyir və burada da kirayədə yaşayır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Tovuz Rayon İcra Hakimiyyəti və rayon polis şöbəsi ilə birlikdə dərhal araşdırma aparılıb. Körpənin həyat və sağlamlığı, təhlükəsizliyi üçün tədbirlərə başlanılıb. Məlumata görə, körpə anaya qaytarılmayıb.
Tovuz Xəstəxanasında olan azyaşlı bu gün Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.