4000-dən artıq müəllim sertifikasiyadan keçmədiyinə görə işdən azad olunub. Sertifikasiyanın aparılması bir başa müəllim keyfiyyətinin artırılmasına yönəlib.
Bunu “Xəzər Xəbər”ə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.Onun sözlərinə görə bu proses təhsildə müsbət dəyişikliklərlə özünü biruzə verir.
Müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu həyata keçirilsə də amma bəzən imtahan verənlər test suallardan narazı olurlar. Nazirin sözlərinə görə hazırda biliyə əsaslanan müəllim seçimi edilir.Bunun isə bir necə səbəbi var.
Emin Əmrullayevin sözlərinə görə, bilik zəruri olsada amma kifayət etmir. Hazırda qurulan sistemə uyğun olaraq isə heç olmasa biliyi yüksək olan müəllimlər məktəblərə qəbul edilir. Bunun kökündən həll olunması üçün isə müəyyən qədər vaxt lazımdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.