Xəzər Xəbər

Dövlət qurumlarından əhaliyə MÜRACİƏT VİDEO

Veb TV | 20:35 • 20 Mart 2025
Dövlət qurumlarından əhaliyə MÜRACİƏT

Daxili İşlər Nazirliyi bayram günlərində digər şəhər və rayonlara səfər edən bütün hərəkət iştirakçılarına müraciət edib.

Həmçinin bildirilib ki, səyahətlər zamanı avtomobildə olan hər kəs təhlükəsizlik kəmərindən istifadə etsin.

Fövqəladə Hallar Nazirliyi də Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə təkrar müraciət edib. Bildirilib ki, tonqallar qalanarkən təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Çünki Novruz bayramı ilə əlaqədar keçirilən mərasimlər, xüsusilə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi arzuolunmaz nəticələrə gətirib çıxarır.

Qeyd edilib ki, bu istiqamətdə aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən çoxsaylı müraciətlərə baxmayaraq, təkcə İlaxır çərşənbə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması nəticəsində 19 yanğın hadisəsi qeydə alınıb. Nazirlik hər kəsi təhlükə zamanı 112-yə zəng etməyə çağırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti