Xəzər Xəbər

Gəncədə 2 gəncin məhəllədə törətdiyi insidentin DETALLARI VİDEO

Veb TV | 21:45 • 19 Mart 2025
Gəncədə 2 gəncin məhəllədə törətdiyi insidentin DETALLARI

2 nəfər gəncin avtomobillə gəldikləri məhəllədə sakinlərlə dalaşdıqları, nəticədə bir neçə vətəndaşın xəsarət aldığı iddia edilir.

Xezerxeber.az xəbər verir ki, hadisə Gəncədə çoxmərtəbəli binaların yerləşdiyi ərazidə baş verib.

Sakinlərin sözlərinə görə, insidentə kənar yerdən gələn gənclərin davranışları səbəb olub.

İnsident nəticəsində 4 nəfər müxtəlif xəasrətlərlə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə çatdırılıb. Onlardan 19 yaşlı Murad Fətullayev və 18 yaşlı Nicat Verdiyev tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 46 yaşlı Elşən Əkbərov və 29 yaşlı Mahmud Qəhrəmanovun müalicələri isə davam etdirilir.

İnsidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb. Məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti