Xəzər Xəbər

Məhəmməd Hadi küçəsində yaşayan bina sakinləri çirkab su problemindən əziyyət çəkirlər VİDEO

Veb TV | 21:23 • 17 Mart 2025
Məhəmməd Hadi küçəsində yaşayan bina sakinləri çirkab su problemindən əziyyət çəkirlər

Binanın zirzəmisinə dolan çirkab su, ətrafı bürüyən üfunət...

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Xətai rayonu Məhəmməd Hadi 79 ünvanındandır. Sakinlər deyirlər ki, yaşadıqları binanın zirzəmisinə illərdir kanalizasiya suları dolur.

Onların sözlərinə görə, zirzəmiyə dolan sular səbəbindən  artıq binada təhlükəli vəziyyət yaranıb.

Sakinlər bildirirlər ki, daha əvvəl aidiyyatı qurumlara dəfələrlə müraciət olunsa da, problem öz həll tapmayıb. Onlar bir neçə dəfə öz hesablarına su nasosları ilə zirzəmidəki çirkli suyu çəksələr də, mövcud vəziyyət onların bu işini də çətinləşdirib.

Məsələ ilə bağlı İri şəhərlərin birləşmiş su təchizatı xidməti ilə əlaqə saxladıq.

Qurumdan bildirildi ki, yaxın vaxtlartda rayon su kanal idarəsinin qəza xidməti əraziyə baxış keçirəcək. Texniki qaydalara uyğun olaraq, vəziyyət aradan qaldırılması istiqamətində işlərə başlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti