Xəzər Xəbər

Bayılda insanları təngə gətirən kanalizasiya PROBLEMİ VİDEO

Veb TV | 21:09 • 17 Mart 2025
Bayılda insanları təngə gətirən kanalizasiya PROBLEMİ

Səbail sakinləri iddia edir ki, Arif İsmayılov küçəsində kanalizasiya xəttini  birləşdirmədən üstünü bağlayırlar.

"Xəzər Xəbər"in əməkdaşları səslənən iddiaları araşdırmaq üçün Səbail rayonu, 20-ci sahə yaşayış massivi, Arif İsmayılov küçəsinə gediblər.

Məlum oldu ki,ərazidə iki kanalizasiya xətti var amma o xətlər ana xəttdə birləşdirlmədiyindən çirkab sular evlərinin önünə toplanır.

Buna görə də sakinlər nə evdə otura, nə də  həyətə çıxa bilirlər.

Sakinlər iddia edir  üfunət qoxusu azmış kimi  yaşadıqları ərazi məişət tullantılarının məskəninə çevrilib.

"Xəzər Xəbər"in  məsələyə müdaxiləsindən sonra sözügedən ünvanda məişət tullantılarının daşınması ilə əlaqədar iməcilik işləri aparılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti