Xəzər Xəbər

Bayılda kanalizasiya problemi insanları təngə gətirib VIDEO

Veb TV | 14:30 • 17 Mart 2025
Bayılda kanalizasiya problemi insanları təngə gətirib

Bayılda kanalizasiya problemi insanları təngə gətirib Bakının Səbail rayonu, Bayıl qəsəbəsində illərlə davam edən kanalizasiya problemi orada yaşayan sakinləri təngə gətirib.

Xezerxeber.az xəbər verir ki, söhbət Arif İsmayılov küçəsindən gedir.

Sakinlərin sözlərinə görə, illərlə bu ərazidə məişət tullantıları və zibilliklər təmizlənmir, kanalizasiya suları küçələrə tökülür. Üfunət və çirkab sular gediş-gəlişə maneə yaradır. Mövzu ilə bağlı daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

Xəbər lenti