"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin xəstəxanaları ləğv edilir.
Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı qərar verib.
Bəs yeni qərar nəyi dəyişəcək?
TƏBİB-dən "Xəzər Xəbər"ə bildirilib ki, həmin xəstəxanalar müvafiq olaraq digər tibb müəssisələrinin nəzdində fəaliyyət göstərəcək.
Bölgələrdəki dəmir yolu xəstəxanaları da müvafiq tibb müəssisələrinə birləşdiriləcək.
"Hazırda kadrların ixtisaslar üzrə yerləşdirilməsi prosesi də davam etdirilir",-deyə TƏBİB-dən bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.