Xəzər Xəbər

Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən çıxarılıb VİDEO

Veb TV | 20:23 • 9 Yanvar 2025
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən çıxarılıb

Bakıda yerləşən özəl xəstəxanalardan birində həkim-cərrah əməliyyat zamanı doğum gününü qeyd edib.

Xezerxeber.az xəbər verir ki, həmin cərrah mama-ginekoloq Ləman Əliyeva olub.

Görüntülərdən aydın görünür ki, tədbir zamanı heç bir tibbi gigiyena qaydalarına əməl olunmur. Nəticədə infeksiya riski yaranır. Bu isə həm əməliyyat edilən ananın, həm də yeni doğulan körpənin həyatı üçün təhlükə yaradır.

Hadisənin baş verdiyi xəstəxananın direktor müavini Səftər Əliyev “Xəzər Xəbər”ə bildirib ki, əməliyyatı icra edən Ləman Əliyeva hazırda işdən kənarlaşdırılıb.

Səhiyyə Nazirliyi də sözügedən məsələyə münasibət bildirib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən məlumata görə, faktla bağlı yoxlamalara başlanılıb. Qurumdan məsələnin ciddi araşdırılacağı bildirilib. Açıqlamada qeyd olunub ki, yoxlamanın nəticəsi barədə ətraflı məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti