Sürücülük vəsiqəsi də var, adına cərimə də... Amma avtomobili yoxdur... Heç olmayıb da...
Xezerxeber.az xəbər verir ki, paytaxt sakini Nəsir Məmmədzadə bununla bağlı xəzər xəbərin votsap nömrəsinə yazıb.
Vətəndaş iddia edir ki, sürücülük vəsiqəsini aldıqdan 4 gün sonra ona cərimə gəlib. Məbləği böyük olmasa da vətəndaş iddia edir ki, cərimədə qeyd olunan avtomobili də tanımır.
Nəsir Məmmədzadənin sözlərinə görə, kiməsə etibarnamə verməyib. Lakin bir neçə gün əvvəl icarəyə avtomobil götürərək idarə edib. Həmin avtomobillə bağlı isə hər hansı problemi olmayıb və gələn cərimələr də həmin avtomobilə aid deyil.
Vətəndaş məsələnin araşdırılması üçün “102” xidmətinə də müraciət edib.
Sürücüyə tətbiq edilən cərimələrlə əlaqədar Baş Dövlət Yol Polisi idarəsi ilə əlaqə saxladıq.
O da bildirilib ki, belə hallarda tərəflərin rəsmi müraciəti əsasında müvafiq araşdırma aparılır və problemin aradan qaldırılması üçün qanuna uyğun tədbirlər görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.