Bu aydan ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb.
Bu barədə iqtisadçı deputat Vüqar Bayramov "Xəzər Xəbər"ə açıqlamasında bildirib.
Millət vəkilinin sözlərinə görə, sosial yardım da bu aydan etibarən artırılacaq.
Xezerxeber.az-ın məlumatına görə, Vüqar Bayramov minimum pensiya məbləğinin 280 manatdan nə qədər artdığını da açıqlayıb.
Bundan əlavə, deputat müavinət və təqaüdlər məsələsinə də toxunub. O bildirib ki, Prezidentin imzaladığı 23 dekabr 2024-cü il tarixli sənədə əsasən, Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində dövlət başçısına təqdim etməlidirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.