Son günlər əhali arasında kəskin baş-boğaz ağrısı, qızdırma, ürəkbulanma ilə müşahidə edilən xəstəlik yayılıb. Bu xəstəliyə həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir.
Xezerxeber.az xəbər verir ki, son günlər apteklərə müraciət edənlərin sayı artıb.
Əczaçı Qalib Məmmədov deyir ki, daha çox qrip əleyhinə toz dərmanlar alınır.
Maraqlıdır, ölkədə kütləvi yayılan bu virus nədir?
İndiyədək Çin, Qazaxıstan və Rusiya kimi ölkələrdə rast gəlinən yeni virusun ölkəmiz üçün təhlükəsi nə qədərdir?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov qeyd edir ki, metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir. Öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomları var. Bu infeksiyaya əsasən azyaşlılar və immuniteti zəif olan şəxslər yoluxur. 7-10 gün ərzində aradan qalxır. Uşaqlarda immun sistemi zəif olan və tənəffüs yolları xəstəlikləri olan insanlarda bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.