Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. Onlar dərhal xəstəxanaya çatdırılıblar.
Xezerxeber.az-ın məlumatına görə, zəhərlənənlər Sumqayıt şəhər sakinləri - 56 yaşlı Xankişi Ocaqov, 32 yaşlı Murad Ocaqov, 48 yaşlı Ramil Şirinov, 36 yaşlı Elvin Mirzəyev və 13 yaşlı oğlandır.
TƏBİB-dən bildirilib ki, 05.01.2025-ci il tarixində saat 01:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 4 nəfər (kişi cinsli), Uşaq Xəstəxanasına isə 1 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Qeyd olunub ki, dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, onlar ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.