Xəzər Xəbər

Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir AÇIQLAMA/VİDEO

Veb TV | 20:57 • 6 Yanvar 2025
Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir

Dünyada yeni metapnevmovirus adlı respirator virus yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, Çində aşkarlanan yeni virusa Qazaxıstan, Qırğızıstan, Rusiya və Hindistanda da yoluxma qeydə alınıb.

İnfeksionist Vasif Əliyev "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, virusun dünyanın bir çox, hətta Azərbaycana yaxın ölkələrdə də yayılması müşahidə olunsa da, ÜST bununla bağlı hələlik açıqlama verməyib. Xəstəliyin təfərrüatlı statisik məlumatları açıqlanmasa da, Azərbaycanda yayılma ehtimalı yüksəkdir. Onun sözlərinə görə, bəzi şəxslər üçün isə bu virusa yoluxma ölümlə nəticələnə bilər. 

İnfeksionist qeyd edib ki, metapnevmovirus infeksiyasının müalicəsi zamanı bəzi dərmanlar effektiv olsa da, peyvəndi mövcud deyil. Yoluxmadan yayınmaq üçün koronavirus dönəmində olduğu kimi gigiyenik qaydalara riayət etmək vacibdir.

Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir. Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti