Xəzər Xəbər

Bakıda qrunt suyu artır - Səbəb nədir? VİDEO

Veb TV | 21:11 • 4 Yanvar 2025
Bakıda qrunt suyu artır - Səbəb nədir?

Son dövrlər Bakı ərazisində qrunt suyu çoxalıb. Xüsusən də paytaxtın Xəzər və Suraxanı rayonları ərazisində qrunt suyunun artması daha çox nəzərə çarpır.

Xezerxeber.az-ın məlumatına görə, ekoloq Ənvər Əliyev hesab edir ki, son vaxtlar qrunt suyunun əvvəlki dövrlərə nisbətən daha çox artmasına səbəb ölkəyə düşən yağıntının miqdarıdır.

Onun sözlərinə görə, qrunt suyunun artmasının təbiətə faydası çoxdur: yaşıllıq sahələr artır, ağaclar, bitkilər daha yaxşı inkişaf edir. Lakin bununla yanaşı, fəsadları da kifayət qədərdir.

Ənvər Əliyev əlavə edib ki, qrunt suyunun yaşayış məntəqələrində müşahidə olunması evlərin zamanla qəzalı vəziyyətə düşməsinə səbəb ola bilər. Eyni zamanda ərazidəki yol infrastrukturu da sürüşmə və ya qrunt suyu səbəbindən yarasız hala düşə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti