Xəzər Xəbər

Mənzil bazarında bahalaşma gözlənilir VİDEO

Veb TV | 20:06 • 4 Yanvar 2025
Mənzil bazarında bahalaşma gözlənilir

Yeni ildə mənzil bazarında qiymət artımı gözlənilir. Bəs həm yeni, həm də təkrar mənzil bazarında bahalaşma nə qədər ola bilər?

Xezerxeber.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev hesab edir ki, mənzil bazarında 10-12 faiz qiymət artımı olması mümkündür.

Səbəblərdən biri İpoteka və Kredit Zəmanət Fondu tərəfindən limitlərin artırılmasıdır. Yəni mənzillərə tələb artdığı üçün qiymətlərin də bahalaşması proqnozlaşdırılır.

Ekspert hesab edir ki, ildən-ilə qiymətlərdəki artım alıcılıq qabliyyətinə də ciddi təsir edib. Xüsusən mərkəzi hissələrdə ev almaq istəyənlər çox azdır. 

Ekspert onu da əlavə edir ki, qiymət artımına hər il şəhərin mərkəzi hissələrində köhnə tiklilərin sökülərək yerində çoxmənzilli binaların tikilməsi də təsir edir. Qiymət artımının yaz aylarına qədər davam edəcəyi proqnozlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti