Xəzər Xəbər

Təyyarə qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb VİDEO

Veb TV | 21:48 • 3 Yanvar 2025
Təyyarə qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb

AZAL-a məxsus təyyarənin vurulduqdan sonra Aktuada yerə çırpılması nəticəsində xəsarət alanlardan 8 nəfərinin müalicəsi Yeni Klinikada davam etdirilir.

Bunu "Xəzər Xəbər"ə açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.

O bildirib ki, onlardan 3-ü kişi, 5-i isə qadındır. Həmin şəxslərin hər biri ixtisaslı həkim-mütəxəssislər tərəfindən zəruri qaydada müayinə olunub, hazırda da həkim müşahidəsi altındadırlar.

Xezerxeber.az-ın məlumatına görə,

daha öncə hospitalizasiya olunan 14 nəfərdən 5-nin stasionar müalicəsi də Yeni Klinikada davam etdirilir.

Yaşadıqları ünvanlara qayıtmış şəxslər ərazi üzrə tibb müəssisələrinin həkim və psixoloqlarından ibarət heyət tərəfindən ziyarət edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti