Xəzər Xəbər

AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin qalıqları hadisə yerindən götürülüb VİDEO

Veb TV | 18:09 • 3 Yanvar 2025
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin qalıqları hadisə yerindən götürülüb

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarənin quyruq hissəsi hadisə yerindən çıxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, görüntüləri yerli "Telegram" kanalları paylaşıb.

Kadrlarda təyyarənin qalıqlarının yük maşını ilə aparıldığı əks olunub.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Xəbər lenti