Yolun mütəmadi sürüşməsi sakinlərə çətinlik yaradır.
Xezerxeber.az xəbər verir ki, görüntülər Səbail rayonu 17-ci küçə 3-cü massiv adlanan ərazidəndir. Ərazidə yaşayan sakinlər deyirlər ki, problem illlərdir həllini tapmır. Son günlərdə də yağıntılardan sonra yolda yenidən sürüşmə baş verib.
Sakinlər bildirirlr ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi yoxdur.
Məsələ ilə bağlı Səbail rayonu İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, qeyri-iş günü olduğundan məsələ ilə bağlı heç bir açıqlama verə bilməyəcəklər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.