Xəzər Xəbər

Çernobıl əlilinin pensiyasını kəsdilər - ŞİKAYƏT VİDEO

Veb TV | 21:20 • 2 Yanvar 2025
Çernobıl əlilinin pensiyasını kəsdilər - ŞİKAYƏT

Çernobıl əlilinin təqaüdü kəsilib.

Xezerxeber.az xəbər verir ki, Ucar  Rayonun Müsüslü kəndində yaşayan, 54 yaşlı  Qədim Maksud oğlu Məmmədov 1988-1990-cı illərdə Ukraynada hərbi xidmətdə olub. O, bu müddət  ərzində Çernobıl AES -də baş vermiş qəzasının aradan qaldırılmasında iştirak edib. 1993-ci ildən etibarən təqaüdü davamlı olaraq verilir.         

Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı bütün müvafiq orqanlara müraciət etsə də, müsbət nəticə əldə edə bilməyib.    

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyinə müraciət etdik.Agentlikdən bildirilib ki, vətəndaşın əllilliyinin təmini yerinə yetirilib.

Qeyd edək ki, Qədim Məmmədovun  iki övladı da müxtəlif xəstəliklərdən əziyyət çəkirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti